Qərbin boğucu təsiri Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətində disbalans yaradıb və onun əməliyyat böhranına səbəb olub.
Reyting.az xəbər verir ki, belə bir iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov çıxış edib.
"Qərbin BMT-ni öz ehtiyacları üçün alət kimi istifadə etmək cəhdləri onun əməliyyat böhranına səbəb olub", - deyə yüksək vəzifəli rusiyalı diplomat TASS-dakı köşəsində yazıb. Loqvinov qlobal qurumun Katibliyində və əsas vəzifələrində Qərbin nəzarətini dəlilik adlandırıb.

Kirill Loqvinov
Departament direktoru daha sonra qeyd edib: "Suveren bərabərlik prinsipinə əsaslanan bütün üzv ölkələrin maraqlarına uyğun iş BMT-də əsas vəzifələri ələ keçirən və paytaxtlarından gələn təlimatlar əsasında hərəkət edən Qərb azlığının yanaşmalarının təşviqi ilə əvəz edilmişdir". Loqvinovun izahına görə, bu, BMT-nin fəaliyyətində "çoxsaylı disbalans və təhriflərə" səbəb olub ki, bu da əsasən təşkilatın səmərəliliyinə və obyektivliyinə təsir göstərib.
E. Kamal