Advert
Advert

Qəbiristanlıqda vəhşi arıların nəhəng koloniyası aşkarlanıb

Tarix:
Qəbiristanlıqda vəhşi arıların nəhəng koloniyası aşkarlanıb
Reklam

Nyu-York şəhərində yerləşən qədim qəbiristanlıqlardan birinin ərazisində sayının 5,5 milyondan çox olduğu ehtimal edilən vəhşi arıların nəhəng koloniyası aşkarlanıb.

Reyting.az-ın ABŞ mətbuatına istinadla verdiyi məlumata görə, Kornell Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, yeraltı yuvalarda yaşayan "Andrena regularis" adlı vəhşi arı növü üçün qəbiristanlığın qumlu torpağı və uzun illər toxunulmamış ekosistemi olduqca əlverişli şərait yaradıb.

Tədqiqatçılar bildiriblər ki, bu növə aid arılar yaz aylarında meyvə ağaclarının əsas erkən tozlandırıcıları hesab olunur.

Alimlərin sözlərinə görə, araşdırmalar göstərir ki, köhnə şəhər qəbiristanlıqları biomüxtəlifliyin yüksək səviyyədə qorunması üçün mühüm sığınacaq rolunu oynayır.

Mütəxəssislərin fikrincə, bu növ arılar alimlər tərəfindən təhlükəli həşəratlar kimi qiymətləndirilsə də, sayının 5 milyondan çox olduğu bildirilən vəhşi arıların bu nəhəng koloniyası Nyu-York şəhəri və ətraf ərazilər üçün ciddi təhlükə yaratmır.

Oqtay Qorçu
 

Reklam