Advert
Advert

"Qəbələ" komandası "Karvan-Yevlax"ı məğlub edib

Tarix:
Reklam

Misli Premyer Liqasının XXXII turunda "Qəbələ" komandası "Karvan-Yevlax"a qalib gəlib.

Reyting.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən 54-cü dəqiqədə Olavale Doyeni fərqlənib. "Qəbələ"nin heyətində isə İbrahim Sanqare (56) və Domi Massumo (67) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qəbələ" 24 xalla 11-ci yerdədir. 14 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-cidir.

Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.(Report)
 

Reklam