Advert
Advert

Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib-2)

Tarix:
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib-2)
Reklam

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzüldüyü meydanda Azərbaycan Prezidenti İlham Əliyev Andrey Babişi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.

Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonra rəsmi foto çəkdirilib.

***

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə Qəbələdə təkbətək görüşü keçirilib.

***

Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü olub.

Reklam