Advert
Advert

Putin: Yanacaqdoldurma məntəqələrində problemlər qalmaqdadır

Tarix:
Putin: Yanacaqdoldurma məntəqələrində problemlər qalmaqdadır
Reklam

Rusiya Prezidenti Vladimir Putin ölkənin ən böyük enerji şirkətlərinin rəhbərlərinin iştirakı ilə daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib. Rusiya lideri əvvəllər yığılmış yanacaq həcmlərinin artıq daxili bazara çatdırıldığını açıqlayıb.

Reyting.az-ın məlumatına görə, Putin deyib ki, yığılmış ehtiyatların istifadəsinə başlanmasına baxmayaraq, hazırkı benzin ehtiyatları təxminən 1,7 milyon ton təşkil edir və bu da, ötən ilin eyni dövrü ilə demək olar, eynidir. 

Putin ən böyük neft emalı zavodlarının hazırda maksimum gücdə işlədiyini, planlaşdırılan təmir işlərinin təxirə salındığını və davam edən texniki işlərin mümkün qədər tez başa çatdırıldığını vurğulayıb.

Rusiya lideri etiraf edib ki, kifayət qədər ehtiyatın olmasına baxmayaraq, yerlərdə vəziyyət hələ tam sabitləşməyib. "Siz çox yaxşı bilirsiniz ki, həm sürücülər, həm də müəssisələr üçün problemlər davam edir. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində də növbələr var və həmişə düzgün benzin markasını tapmaq mümkün olmur", - deyə Rusiya lideri bildirib. O, həmçinin fermer təsərrüfatlarının və kənd təsərrüfatı müəssisələrinin yay aylarında üzləşdiyi çətinlikləri qeyd edib. Vəziyyəti sabitləşdirmək və daxili istehlakçıları qorumaq üçün ölkə artıq avtomobil benzini və reaktiv yanacaq ixracına müvəqqəti, tam qadağa qoyub və dizel yanacağının ixracına da oxşar məhdudiyyət qoyulmasını nəzərdən keçirir.

V. Quliyev

Reklam