Advert
Advert

Putin Şimali Koreya əsgərlərinə təşəkkür edib

Tarix:
Putin Şimali Koreya əsgərlərinə təşəkkür edib
Reklam

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində döyüş əməliyyatlarında iştirak edən Şimali Koreya (KXDR) əsgərlərinə təşəkkür edib.

Reyting.az xəbər verir ki, Rusiya lideri Pxenyanda Xatirə Kompleksi və Xaricdə Hərbi Əməliyyatlarda Döyüş Hünərləri Xatirə Muzeyinin açılışı münasibətilə göndərdiyi teleqramda bildirib: 

"Kursk bölgəsindəki döyüş əməliyyatlarında iştirak edən cəsur Koreya əsgərlərinə səmimi qəlbdən təşəkkür etmək və həlak olan qəhrəmanları yad etmək istəyirəm".

Prezident vurğulayıb ki, rus silahdaşları ilə çiyin-çiyinə vuruşan Koreya əsgər və zabitləri müstəsna cəsarət və əsl fədakarlıq nümayiş etdiriblər: “Onların misilsiz şücaəti hər bir Rusiya vətəndaşının qəlbində əbədi olaraq qalacaq".

Dövlət başçısı qeyd edib ki, bu gün açılan abidə Koreya Xalq Ordusu hərbçilərinin qəhrəmanlığının və ümumi qələbə naminə verilən qurbanların xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulub. Putin əmin olduğunu bildirib ki, abidə "xalqlarımızın dostluğunun və birliyinin görünən simvoluna" çevriləcək.

Rusiya lideri həmçinin KXDR lideri Kim Çen Ina və Kursk vilayətinin işğalçılardan azad edilməsinin ildönümünə həsr olunmuş bu genişmiqyaslı layihənin ən qısa müddətdə həyata keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

V. Quliyev
 

Reklam