“Ukrayna hərbi vəziyyət bəhanəsi ilə seçki keçirmir, bizə mane olur”.
Reyting.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin ölkədə keçiriləcək seçkilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Kremldə təşkil olunan iclasda deyib.
“Kiyev hər gün ərazi itirir. Hər gün. Buna görə də həm hərbçilərə, həm də mülki şəxslərə qarşı terrora əl atır. Onlar ümid edirlər ki, bu, nəyisə dəyişəcək. Bu, heç nəyi dəyişməyəcək”, - deyən Putin, həmçinin bəyan edib ki, Ukrayna özü hərbi vəziyyət bəhanəsi ilə seçki keçirmir, bu azmış kimi Rusiyanın seçkilərinə müdaxilə etməyə çalışır.
E. Kamal