Advert
Advert

Putin ABŞ-da keçiriləcək sammitə dəvət olunub

Tarix:
Putin ABŞ-da keçiriləcək sammitə dəvət olunub
Reklam

Rusiya 14-15 dekabr tarixlərində ABŞ-nın Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etməyə dəvət olunub.

Reyting.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Pankin jurnalistlərə deyib ki, "ən yüksək səviyyədə iştirak üçün dəvət var".

Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı suala cavabında Pankin bildirib ki, tədbirin tarixinə daha yaxından baxmaq olar.

E. Kamal
 

Reklam