Advert
Advert

Prokurorluq əməkdaşı adı ilə dələduzluq edən şəxs həbs olunub

Tarix:
Prokurorluq əməkdaşı adı ilə dələduzluq edən şəxs həbs olunub
Reklam

Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi, habelə prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Baş Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir şəhər və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə etdiyi, pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.

Bundan başqa, onun bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə həmin şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmasına, eləcə də prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına dair əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Reklam