“ABŞ prezidenti Donald Trampın İranla iddia edilən danışıqlarla bağlı dedikləri cəfəngiyyatdır”.
Reyting.az xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru, tanınmış politoloq Cefri Saks bildirib.
Saks “YouTube” kanalında deyib ki, Amerika lideri yalan danışa bilər:
“Biz dəqiq bilmirik Tramp nə deyir. Deyir ki, “biz hamını öldürdük. Kimlə danışacağımızı bilmirik”. Amma biz danışırıq və yalvarırlar. Bu, ağılsızlıqdır”.
Yeri gəlmişkən, “Time” jurnalının yazdığına görə, Donald Tramp uzunmüddətli hərbi əməliyyatın Konqresə aralıq seçkilərdə respublikaçıların mövqeyini zəiflədə biləcəyindən ehtiyat edərək, İranla münaqişədən çıxış yolu axtarır.
Nəşrin analitiklərinin fikrincə, noyabrda Konqresə aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasına nəzarəti demokratlara uduzmaq riski ilə üzləşirlər. Ekspertlər konqresdəki çoxluğun potensial itirilməsini İrana qarşı davam edən hərbi kampaniya fonunda administrasiyanın reytinqinin aşağı düşməsi, eləcə də qiymətlərin artması ilə əlaqələndirirlər.
E. Kamal