Advert
Advert

Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq

Tarix:
Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq
Reklam

Bu gün Misli Premyer Liqasında XXVIII turun növbəti matçları keçiriləcək.

Reyting.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu-12-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərinə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq. "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.(Report)
 

Reklam