Advert
Advert

Piyadalar üçün dünyanın ən uzun körpüsü istifadəyə verilib

Tarix:
Piyadalar üçün dünyanın ən uzun körpüsü istifadəyə verilib
Reklam

Finlandiyada piyadalar üçün nəzərdə tutulmuş dünyada ən uzun körpülərdən biri açılıb. 

Reyting.az Finlandiya mətbuatına istinadla bildirir ki, avtomobillərin və motosikletlərin hərəkətinin qadağan edildiyi Kruunuvuori adlı bu uzun körpü artıq istifadəyə verilib. Körpünün uzunluğu 1,19 kilometrdir və piyadalar, velosipedçilər, həmçinin gələcəkdə xəttə veriləcək tramvaylar üçün nəzərdə tutulub.

Yeni körpü Helsinkinin şərq adalarını şəhərin mərkəzi ilə birləşdirəcək "Crown Bridges" layihəsinin son hissəsidir. Körpünün salınmasında əsas məqsəd  sakinlərin mərkəzə daha asan çatmasına imkan yarada biləcək alternativ yol layihəsi işə salmaqdır. 

Körpünün layihəsini və inşaat işlərini "Knight Architects" ilə "WSP Finland" şirkətləri birgə həyata keçiriblər. 135 metr hündürlüyündə pilona malik asma tipli yeni körpü yüngül əyriliyə sahibdir.

Mütəxəssislər bildiriblər ki, körpüdə etibarlı LED işıqlandırma, eyni zamanda, küləkdən qoruyan baryerlər, həmçinin yüksək şaxtalı temperaturda buzlaşmanın qarşısını almaq məqsədilə xüsusi keyfiyyətə malik olan bir çox elementlər quraşdırılıb. 

Dünya rekordu qazanan uzun körpü layihəsi üzərində iş aparan şirkət sözçüləri bildiriblər ki, "Finlandiya möcüzəsi" adlandırılan Kruunuvuorinin istismar müddəti təxminən 200 ildir.

Yeni körpüdə tramvay xəttinin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu xətt Laayasalo rayonu ilə şəhərin mərkəzindəki nəqliyyat sistemini daha da sürətləndirəcək.

Oqtay Qorçu
 

Reklam