İran prezidenti Məsud Pezeşkian bildirib ki, onun kabineti ölkə əhalisinə xidmətdə heç bir fasiləyə yol verməyəcək.
Reyting.az xəbər verir ki, İran prezidenti bunu “X” platformasında yazıb.
Pezeşkian qeyd edib ki, hökumət xalqa xidmət etməyə sadiqdir.
Prezident əlavə edib ki, milli həmrəylik içində bu qəddar işğala qarşı dururlar.
Pezeşkian həmçinin son kabinet iclasında silahlı qüvvələrin səylərini tərifləyib və “İranın cəsur və çalışqan xalqına” minnətdarlığını bildirib.
E. Kamal