Prezident Məsud Pezeşkian İran xalqının "gücə tabe olmadığını" bildirib.
Reyting.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Öhdəliklərə sadiq qalmaq mənalı dialoqun təməlidir. İranın ABŞ hökumətinin davranışına qarşı dərin, tarixi inamsızlığı qalmaqdadır. ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli siqnalları isə acı bir mesaj çatdırır: onlar İranın təslim olmasını tələb edirlər. Amma iranlılar gücə tabe olmurlar", - deyə dövlət başçısı vurğulayıb.
E. Kamal