Advert
Advert

Pentaqon Kubaya qarşı “bəzi tədbirlər” hazırlayır

Tarix:
Pentaqon Kubaya qarşı “bəzi tədbirlər” hazırlayır
Reklam

ABŞ Kubaya qarşı “bir sıra tədbirlər” planlaşdırır və Prezident Donald Trampın göstərişlərini yerinə yetirməyə hazırdır.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Pentaqon rəsmisi “azadlıq adası”nda hərbi əməliyyata hazırlıqla bağlı xəbərləri şərh edərkən deyib: “Biz hipotetik ssenarilər üzərində spekulyasiya etməyəcəyik. Departament gözlənilməz hallara qarşı bir sıra tədbirlər planlaşdırır və prezidentin sərəncamları qəbul olunduqca icra etməyə hazırdır”.

Onu da qeyd edək ki, hazırda Kubada yanacaq böhranı davam edir.

E. Kamal
 

Reklam