Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Paysis" MMC-yə verilmiş 11 iyul 2024-cü il tarixli elektron pul təşkilatı lisenziyası ləğv edilib.
Reting.az xəbər verir ki, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən qəbul olunub.
Xatırladaq ki, "Paysis" bundan əvvəl qumar oyunları təşkil etməkdə ittiham olunub və AMB ötən ilin dekabr ayında onun fəaliyyətini dayandırıb.