Advert
Advert

Paşinyan: Ermənistanın yeni konstitusiyası münsiflər heyəti xidmətini tətbiq edəcək

Tarix:
Paşinyan: Ermənistanın yeni konstitusiyası münsiflər heyəti xidmətini tətbiq edəcək
Reklam

“Hüquqi quruluşun legitimliyinin mənbəyi konstitusiyadır. Konstitusiyanın legitimliyi isə xalqdır. Ermənistanda bu zəncir referendumların rəsmi nəticələrinin geniş şəkildə şübhə altına alınması, ədalət və etimadın olmaması ilə nəticələnməsi səbəbindən qırılıb”. 

Retyting.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayımda bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdən çıxmağın yolu xalqın iradəsini ifadə etməklə yeni konstitusiya qəbul etməkdir ki, bu da ölkədə olan hüquqi quruluşa tam legitimlik verəcək. 

“Yeni konstitusiya xalqın ədliyyə sistemi ilə əlaqəsinin təzahürü kimi münsiflər heyəti institutunu tətbiq etməlidir. Məhkəmə sistemində islahatlar və demokratik institutların inkişafı davam edəcək”,- Baş nazir qeyd edib. 

Paşinyan dövlət və xalq arasında müəyyən bir gərginliyin mövcudluğu nəzərə alınmaqla yeni konstitusiyanın qəbul edilməsinin zəruri olduğunu bir daha vurğulayıb.

E. Kamal
 

Reklam