Papa XIV Leo ABŞ prezidenti Donald Trampın tənqidlərinə cavab verib.
Reyting.az xəbər verir ki, bu barədə “Vatican News” portalı məlumat yayıb.
Portal Papa XIV Leo sözlərini sitat gətirir:
"Katolik Kilsəsinin missiyası Müjdəni təbliğ etmək, sülhü təbliğ etməkdir. Əgər kimsə məni Müjdəni təbliğ etdiyim üçün tənqid etmək istəyirsə, qoy bunu dürüst etsin. Sadəcə, ümid edirəm ki, səsim eşidiləcək".
Xatırladaq ki, XIV Leo əvvəllər ABŞ administrasiyasının Yaxın Şərqdəki müharibəsinə qarşı moizələrlə çıxış etmişdi. 13 apreldə, papanın başqa bir açıqlamasından sonra ABŞ Prezidenti Donald Tramp "Truth Social"da "bu papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir" yazmışdı. Tramp iddia edirdi ki, onun prezidentliyi olmasaydı, amerikalı papa seçilməzdi.
V. Quliyev