Dünya üzrə pambıq istehsalı əsasən bir neçə ölkənin əlində cəmləşib. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin hesabatına və "Trading Economics" nəşrinin məlumatına görə, bu sahədə liderlər Çin, Hindistan və Braziliyadır.
Reyting.az xəbər verir ki, Çin təxminən 7,7 milyon ton (29%) pambıq istehsalı ilə birinci yerdədir və istehsalın ən böyük hissəsi Sincanda cəmləşib.
Hindistan 5,1 milyon ton (19%) ilə ikinci yerdə qərarlaşıb. Qeyd olunur ki, ölkədə istehsal göstəriciləri musson yağışlarından asılı olduğuna görə, Hindistanda pambıq istehsalı sabit deyil.
Braziliya 4,2 milyon ton (16%) istehsalla siyahıda üçüncü yerdədir. Üstəlik, ixrac potensialını daha sürətlə artırmağa davam edir.
ABŞ isə pambıq istehsalında 3 milyon tonla, yəni 12 faizlə dördüncüdür, lakin bununla belə, hələ də ən böyük pambıq ixracatçısı olan dövlət kimi qalır.
Digər ölkələr:
Pakistan - 1,1 milyon ton (4%)
Avstraliya - 1 milyon ton (4%)
Türkiyə - 0,7 milyon ton (2%)
Özbəkistan - 0,6 milyon ton (2%)
Argentina və Aİ ölkələri - hərəsi təxminən 0,3 milyon ton.
Mütəxəssislər qeyd ediblər ki, bu gəlirli sahənin bir neçə ölkənin əlində cəmləşməsi qlobal pambıq bazarında qiymət və ticarət axınlarına çox ciddi təsir göstərməyə başlayıb.

Oqtay Qorçu