Advert
Advert

Pakistan və Misir birgə antiterror təlimləri keçirirlər

Tarix:
Pakistan və Misir birgə antiterror təlimləri keçirirlər
Reklam

Dünən Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində Misir qoşunlarının iştirakı ilə iki həftəlik antiterror təliminə start verilib.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, iki ölkənin xüsusi təyinatlılarının iştirak etdiyi təlimlər iki həftə davam edəcək.

Pakistan ordusunun mətbuat ofisi olan Xidmətlərarası İctimai Əlaqələr (ISPR) tərəfindən verilən açıqlamaya görə, Pakistan–Misir birgə "Zunder-II" təlimi Çeratdakı Xüsusi Əməliyyat Məktəbində başlayıb.

V. Quliyev
 

Reklam