Pakistan Hörmüz boğazından yan keçməklə yüklərin İrana tranzitinə icazə verən altı quru dəhliz açıb. Bunu Pakistan Ticarət Nazirliyindən təsdiqləyiblər.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Kəraçi limanında İrana göndərilən 3000-dən çox konteyner yığılıb. Artıq onların çıxarılmasına başlanılıb.
Pakistan Ərəb dənizi sahilində, İran sərhədindən 70 kilometr aralıda yerləşən Qvadar limanından yüklərin daşınması üçün əsas tranzit və logistika mərkəzi kimi istifadə etmək niyyətindədir.
V. Quliyev