“Artemis 2” Ay missiyasının heyətini daşıyan “Orion” kosmik gəmisi Yerə qayıdır. Kosmik gəmi artıq Ay və Yer arasındakı yolun yarısını qət edib.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Agentlik astronavtların Ay ilə planetimiz arasındakı orta nöqtəyə çatdıqlarına aydınlıq gətirib.
Yerə qayıdış sabah aprelin 11-i Bakı vaxtı ilə saat 04:07-yə düşür.
NASA “Orion” kosmik gəmisinin Kaliforniyanın cənubundakı San Dieqo sahillərinə enməsi planlaşdırılır.
V. Quliyev