Advert
Advert

Orbanın məğlubiyyəti İsraili Avropada müdafiəsiz qoyub

Tarix:
Orbanın məğlubiyyəti İsraili Avropada müdafiəsiz qoyub
Reklam

Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın məğlubiyyəti İsraili Avropa İttifaqındakı (Aİ) ən etibarlı müttəfiqlərindən birindən məhrum edib.

Reyting.az “Politico”ya istinadla bildirir ki, İsrail hökumətini təzyiqlərdən qorumaq üçün dəfələrlə veto hüququndan istifadə edən Orbanın artıq belə imkanı olmayacaq.

Orbanın hakimiyyətdən gedişi bütün Avropada İsrailə qarşı artan tənqidlər fonunda baş verib, Avropa Birliyinin İordan çayının qərb sahilindəki zorakı məskunlaşmalara qarşı yeni sanksiya imkanlaraını artırıb və Aİ ilə İsrail arasında münasibətləri pisləşdirib.

Bu dəyişiklik hətta əvvəllər İsrail üçün əlverişli sayılan liderlər arasında da nəzərə çarpır. Almaniya kansleri Fridrix Merz İordan çayının qərb sahilində məskunlaşanların fələstinlilərə qarşı zorakılıq hallarının artması ilə bağlı insan haqları təşkilatlarının məlumatlarından sonra “Fələstin ərazilərində baş verən hadisələrdən dərin narahat olduğunu” bildirib.

Həmçinin ötən həftə xarici işlər naziri Antonio Tajani İsrailin Livandakı hücumlarını “qəbuledilməz” adlandırdıqdan sonra İtaliya İsraillə müdafiə və texnologiya müqaviləsini dayandırıb.

“Politico” xatırladıb ki, seçki kampaniyası zamanı İsrailnin Baş naziri Netanyahudan dəstək alan Viktor Orban fevral ayında Qərb Şəriyədə məcburi köçkünlərə qarşı sanksiya tətbiq edilməsi təklifini bloklayıb. Halbuki bu təklifi 27 AB üzv dövlətindən 26-sı dəstəkləyib.

“Eyni zamanda, aprelin 12-də Orbanı məğlub edən Peter Magyar baş nazir vəzifəsinə gəldikdə, bu cür sanksiyaların tətbiq oluna biləcəyi ehtimalı var”,- üç diplomat və iki Aİ rəsmisi bildirib.

Siyasətçinin Macarıstanın İsraillə xüsusi münasibətini qoruyacağına dair açıqlamalarına baxmayaraq, o, jurnalistlərə deyib ki, “Macarıstanın Aİ-nin İsraillə bağlı qərarlarına mane olmağa davam edəcəyinə zəmanət verə bilməz”.

Aİ rəsmilərindən biri əlavə edib ki, Brüsselin İsrailə münasibətində “dönüş nöqtəsi” aprelin əvvəlində İsrailin Livanda 250-dən çox insanın ölümünə səbəb olan bir sıra hava hücumları olub.

V. Quliyev
 

Reklam