Advert
Advert

On minlərlə işçinin etiraz aksiyası davam edir 

Tarix:
On minlərlə işçinin etiraz aksiyası davam edir 
Reklam

Cənubi Koreyada dünya şöhrətli "Samsung Electronics" şirkətinin on minlərlə əməkdaşı aprel ayının 23-də Pxentxekdə yerləşən zavod kompleksinin yaxınlığında etiraz aksiyası keçirib. Məşhur şirkətin işçiləri rəhbərlikdən bonusların artırılmasını və ödəniş sistemində şəffaflığın tam təmin olunmasını tələb ediblər.

Reyting.az-ın məlumatına görə, yerli Həmkarlar İttifaqından mediaya bildiriblər ki, aksiyada təxminən 40 min nəfərə yaxın şəxs iştirak edib. Şirkətin 74 min əməkdaşını təmsil edən ittifaq "Samsung"un bonuslarını yetərli saymır və məhdudiyyətlərin aradan qaldırılması tələbini irəli sürür.

Şirkətin işçilərinin tələbləri ilə bağlı ümumi razılıq əldə edilməyəcəyi təqdirdə, dünyanın ən böyük şirkətlərindən biri sayılan "Samsung Electronics" işçilərinin hüquqlarını müdafiə edən Həmkarlar İttifaqı daha sərt addımlar atacaq. Həmkarlar İttifaqının sözçülərinin bəyanatında bildirilib ki, şirkət irəli sürülən bütün tələbləri təmin etməzsə, "Samsung"un işçiləri may ayının 21-dən etibarən 18 günlük tətilə başlayacaqlar. 

Onların iddiasına görə, işçilərin bu addımı şirkətə gündəlik 1 trilyon von ( 676 milyon dollar) zərər vura bilər.

Oqtay Qorçu
 

Reklam