Oman "tranzit axınının rahatlığını təmin etmək" üçün İranla Hörmüz boğazını müzakirə etdiyini, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə "ABŞ-ın rəhbərlik etdiyi istənilən səyi" dəstəklədiyini bildirib.
Reyting.az-ın məlumatına görə, hər iki tərəfdən olan mütəxəssislərin görüşdə "bir sıra baxış və təkliflər təqdim etdikləri" və bu təkliflərin araşdırılacağı qeyd olunur.
Bu arada, prezidentin müşaviri Ənvər Qarqaş deyib ki, Birləşmiş Ərəb Əmirlikləri boğazda "naviqasiyanın təhlükəsizliyini təmin etmək" üçün "Amerikanın rəhbərlik etdiyi istənilən səyə" qoşulmağa hazırdır.
E. Kamal