Advert
Advert

Ölkələrin kömürə tələbatı araşdırılıb

Tarix:
 Ölkələrin kömürə tələbatı araşdırılıb
Reklam

Dünya üzrə kömürdən ən çox istifadə edən ölkələrin adı açıqlanıb. 

Reyting.az xəbər verir ki, "Statistical Review of World Energy 2025" mərkəzi tərəfindən hazırlanmış infoqrafikaya əsasən, 2024-cü ildə Çin 92,2 faiz kömür istehlakı göstəricisi ilə dünya üzrə lider olub. Bu da, qlobal istehlakın 55,8 faizini təşkil edir. 

Bu, Çin kimi inkişaf etmiş bir ölkənin sənayesinin və yüksək enerji tələbatının kömürdən asılılığını göstərir.

Daha sonra Hindistan ilə birlikdə Çinin dünya kömür istehlakının təxminən 70 faizini təmin etdiyi xatırlanıb. 

Reytinqdə üçüncü yeri 4,8 faizlə Amerika Birləşmiş Ştatları tutub. 

Siyahıda yer alan İndoneziyanın payı 2,9 faiz, Yaponiyanın payı 2,7 faizdir. 

Rusiyanın bu sırada göstəricisi 2,3 faizlə tamamlanır. 

Kömürə tələbat ölkələr üzrə qeyri-bərabər şəkildə dəyişir. Yeni infoqrafikadan da məlum olduğu kimi, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kömürə olan tələbatla bağlı azalma müşahidə olunsa da, getdikcə daha da inkişaf edən ölkələrdə artım qeydə alınır. 

Son illər ərzində bu sahədə ən böyük artım Vyetnamda (9,3%) müşahidə olunub. Eyni zamanda İndoneziyada 9,0 faiz, Türkiyədə isə 7,1 faiz artım var.

Mütəxəssislər bildiriblər ki, dünya ölkələri arasında lider olan, həm də yüksək inkişaf dövrünə qədəm qoyan Çin kömür istehlakını 2024-cü ildən 1,4 faizə qədər artırmaqla, tezliklə kömürdən imtina etməyəcəyini sübuta yetirib.

Oqtay Qorçu

Reklam