İspaniya "Avroviziya" mahnı müsabiqəsinin yayımını ilk dəfə ləğv edib.
Reyting.az-ın məlumatına görə, İspaniyanın dövlət yayımçısı "RTVE" kanalı bu il müsabiqəni yayımlamayacaq. Bu qərar İsrailin yarışmada iştirakına, həmçinin "European Broadcasting Union" tərəfindən buna icazə verilməsinə görə bir etiraz jesti kimi izah olunur.
1961-ci ildən bəri ilk dəfədir ki, İspaniya belə bir qərar verib və bununla da dünyaca məşhur bu musiqi müsabiqəsi televiziyanın efirində göstərilməyəcək.
Bununla bağlı açıqlama verən İspaniyanın rəsmi qurumları bildiriblər ki, ümumiyyətlə, yaranmış siyasi gərginlik fonunda neytral qalmaq qətiyyən mümkün deyil.
Məlumata görə, "Avroviziya" ilə bağlı qəbul edilmiş bu yeni qərar İspaniya hökuməti tərəfindən də birmənalı dəstəklənib.
Lakin bununla belə, bu müsabiqənin Vyana şəhərində keçirilməsi də plan üzrə davam edir. Bildirilir ki, yarımfinallar 12-14 mayda, final yarışması isə 16 mayda baş tutacaq.
Oqtay Qorçu