171 ölkə üzrə internet azadlığı səviyyəsi qiymətləndirilib. Siyahıdakı 11 ölkə, o cümlədən Finlandiya, Norveç, Yeni Zelandiya, Danimarka, İslandiya və Belçika 92 balla internet azadlığı üzrə liderdir.
Reyting.az-ın məlumatına görə, yeni "Cloudwards" indeksinə əsasən, internet azadlığında ən aşağı göstərici Koreya Xalq Demokratik Respublikasındadır. Bu ölkədə ümumiyyətlə, qlobal internet yoxdur.
Reytinq cədvəlində yer alan Çin, Pakistan, Rusiya və İran ən aşağı qruplara düşməklə, 4 bal alıblar.
ABŞ siyahıda 64 balla orta sıradadır. Böyük Britaniya (52 bal) bir qədər geri qalsa da, Cənubi Koreya 32 balla çox aşağı mövqedədir.

Oqtay Qorçu