Odessada Odessa Şəhər Şurasının deputatı Aleksandr İvanitski güllələnmiş vəziyyətdə tapılıb.
Reyting.az Ukrayna mətbuatına istinadən bildirir ki, Odessa polisi hazırda deputatın ölümünün səbəblərini araşdırır.
Hadisə bu gün səhər saatlarında Primorski rayonunda baş verib. Şəhərin küçələrindən birində avtomobildə kişi meyiti tapılıb.
“Daha əvvəl onun odlu silahla intihar etdiyi müəyyən edilib”, - deyə polis bildirib.
Hazırda hadisə yerində polisin əməliyyat-istintaq qrupu işləyir. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.
Məlumdur ki, İvanitski 2010-cu ildən deputatdır və mənzil-kommunal təsərrüfatı məsələləri daimi komissiyasına rəhbərlik edib.
V. Quliyev