Advert
Advert

Neft iki dəfə, qaz üç dəfə bahalaşacaq

Tarix:
Neft iki dəfə, qaz üç dəfə bahalaşacaq
Reklam

Yaxın Şərqdə uzanan münaqişə və qlobal iqtisadi tənəzzül 2026-cı ildə Avropa və Asiya üçün neft qiymətlərinin iki dəfə və qazın isə üç dəfə artmasına səbəb ola bilər. 

Reyting.az xəbər verir ki, belə bir xəbərdarlığı Beynəlxalq Valyuta Fondu (BVF) edib. 

Təşkilatın dərc olunmuş hesabatında deyilir ki, ağır bir ssenariyə əsasən, əmtəə qiymətlərində şok daha şiddətli və uzunmüddətli ola bilər. 

Hesabata görə, neft məhsullarının qiymətləri 2026-cı ilin ikinci rübündən etibarən 2026-cı ilin yanvar ayı üçün baza proqnozu ilə müqayisədə 100 faiz artacaq.

Bildirilir ki, ssenariyə əsasən, Avropa və Asiyada ərzaq məhsulları 2026-cı ildə 5 faiz, 2027-ci ildə isə 10 faiz bahalaşacaq.

V. Quliyev
 

Reklam