Advert
Advert

Nebenzya: Kiyevdən heç bir siqnal almırıq

Tarix:
Nebenzya: Kiyevdən heç bir siqnal almırıq
Reklam

Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi dalana dirənib.

Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlamasında bildirib.

“Ukrayna ordusu Donbasdan çıxarılmalı və biz həqiqətən hərtərəfli, ədalətli və davamlı sülhün spesifik parametrlərinin müzakirəsinə keçməliyik. Qarşı tərəf bunu dərk edənə qədər Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatı davam etdirəcək”, - Nebenzya vurğulayıb.

“Biz Kiyevdən nizamlanma istiqamətində substantiv irəliləyiş əldə etmək istəyilə bağlı heç bir siqnal almırıq. Yəni, danışıqlar prosesi dalana dirənib”,- Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib.

Y. Qacar
 

Reklam