Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Vüqar Şirinov vəzifədən azad edilib.
Reyting.az-ın məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.
Vüqar Şirinovun təqaüdə göndərildiyi bildirilir.
Digər əmrlə Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.(Qaynarinfo)