Fövqəladə Hallar NazirliyininTikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəis müavini təyin edilib.
Reyting.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə Cahangir Sadıqov sözügedən vəzifəyə gətirilib.
Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov vəzifəsindən azad olunaraq, nazirin müavini təyin olunub. Agentliyin rəis müavini Bəxtiyar Tağıyev isə qurumun rəisi vəzifəsinə gətirilib.