“Vaşinqton alyansın İranla bağlı mövqeyinə görə münasibətlərə yenidən baxmalıdır”.
Reyting.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
İspaniyanın İrana zərbələr endirmək üçün öz hava məkanına icazə verməməsinə münasibət bildirən Rubio “Hər şeyə yenidən baxılacaq. Bəli, hər şeyə yeni gözlə baxılmalıdır” - deyib.
Marko Rubio ABŞ-nın NATO-ya üzvlüyünün faydaları ilə bağlı şübhələrini də dilə gətirib: “Əgər alyans fəaliyyətini ABŞ-a bazaları yerləşdirmək hüququ vermədən Avropanı müdafiə etməklə məhdudlaşdırırsa, o zaman belə bir model səmərəsiz görünür və onun bizim ölkə üçün faydalılığı suallar yaradır...”.
E. Kamal