Advert
Advert

NATO-nun qərarı Trampı məyus edib

Tarix:
NATO-nun qərarı Trampı məyus edib
Reklam

ABŞ Prezidenti Donald Tramp NATO-nun İran müharibəsinə verdiyi reaksiyadan çox məyus olub.

Reyting.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

M. Rubio İspaniyanın Tramp administrasiyasının İranla ABŞ-İsrail müharibəsi zamanı hərbi bazalarından istifadə etməsinə icazə verməməsini Vaşinqtonun NATO alyansından artan narazılığının bir hissəsi kimi göstərib.

Qeyd edək ki, ABŞ Prezidenti də NATO-nun hərəkətlərinə reaksiya verib. D. Tramp deyib: 

"NATO-nun Avropa üçün niyə yaxşı olduğunu bilirəm, bəs NATO Amerika üçün niyə yaxşıdır? Çünki o, bizə Yaxın Şərqdə və ya başqa yerlərdə fövqəladə hallar zamanı güc nümayiş etdirməyə imkan verən bölgədə bazalar verir. Beləliklə, əgər bu, sizin NATO-da olmağınızın əsas səbəbidirsə və İspaniya kimi ölkələr bizə bu bazalardan istifadə etməyimizi rədd edirsə, onda niyə NATO-dasınız? Bu, çox ədalətli sualdır".

E. Kamal
 

Reklam