Advert
Advert

NATO-nun kəşfiyyat təyyarəsi Ukrayna üzərində uçub

Tarix:
NATO-nun kəşfiyyat təyyarəsi Ukrayna üzərində uçub
Reklam

NATO-nun kəşfiyyat təyyarəsi cümə axşamı günortadan sonra Qara dəniz bölgəsində kəşfiyyat uçuşları həyata keçirib. 

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Uzun məsafələrdə hava hədəflərini aşkar edərək bütün hava şəraitində müşahidə, qırıcıların bələdçiliyi və döyüşün idarə edilməsini təmin edən “Boeing E-3A Sentry” havadan erkən xəbərdarlıq təyyarəsi Türkiyənin Konya hava limanından havaya qalxaraq, ölkənin Qara dəniz sahilləri ilə və Bolqarıstan üzərində uçuşlar həyata keçirdikdən sonra Rumıniya məkanına daxil olub və Ukrayna ilə sərhəd yaxınlığında dövrə vurmağa başlayıb.

V. Quliyev
 

Reklam