ABŞ Prezidenti Donald Tramp NATO-dan çox məyus olduğunu bildirib.
Reyting.az xəbər verir ki, D. Tramp bunu "Fox News"a müsahibəsində deyib.
"NATO-dan çox məyus oldum, çünki onlar [ehtiyac duyduğumuz zaman] orada deyildilər", - deyə ABŞ lideri əlavə edib.
Qeyd edək ki, “Politico” üç avropalı diplomata və ABŞ Müdafiə Nazirliyinin rəsmisinə istinadla Amerika liderinin komandasının "pis" və "yaxşı" NATO ölkələrinin siyahısını tərtib etdiyini bildirib.
E. Kamal