Advert
Advert

NATO Amerika kəşfiyyat təyyarələrini istehsaldan çıxarır

Tarix:
NATO Amerika kəşfiyyat təyyarələrini istehsaldan çıxarır
Reklam

NATO kəşfiyyat təyyarələri donanmasını əhəmiyyətli dərəcədə təkmilləşdirməyi və artıq Amerika hava platformalarına etibar etməməyi planlaşdırır. 

Reyting.az xəbər verir ki, bu barədə “DPA” nəşri Alyans daxilindəki mənbələrə istinadla məlumat yayıb.

Bu, hazırda bəzilərinin təxminən 40 yaşı olan modifikasiya edilmiş “Boeing 707”-lərə əsaslanan köhnəlmiş AWACS təyyarələrinin tədricən dəyişdirilməsinə aiddir. Onlar, xüsusən də Şərqi Avropada hava məkanının müşahidəsi üçün istifadə olunur.

Mənbələrə görə, yeni donanma Kanada istehsalçısı “Bombardier”-in “Saab GlobalEye” erkən xəbərdarlıq sistemləri ilə təchiz olunmuş təyyarələrindən ibarət olacaq.

Dəyəri bir neçə milyard dollar olan 12 ədədə qədər “Global 6000” və ya “Global 6500” təyyarəsi üçün sifariş gözlənilir. Yekun qərar iyul ayında Ankarada keçiriləcək NATO sammitində verilə bilər.

Alyans əvvəllər Amerika “Boeing E-7A” Vedgetail təyyarəsini almağı nəzərdən keçirsə də, ABŞ proqramdan çıxdıqdan sonra plan dəyişib. İlkin məlumatlara görə, yeni layihə üçün ən böyük maliyyə payını Almaniya təmin edə bilər.

Xatırladaq ki, Prezident Donald Tramp bu yaxınlarda ABŞ-ın NATO-nu “kağız pələng” adlandıraraq tərk etmə ehtimalını dilə gətirmişdi.

Y. Qacar
 

Reklam