Yerdənkənar həyat axtarışı NASA (ABŞ-ın mülki kosmik agentliyi) missiyasının planlaşdırılmasında əsas amil olub.
Reyting.az xəbər verir ki, bu barədə “The Guardian” NASA-nın rəhbəri Cared İsaakmana istinadla məlumat yayıb.

C. İsaakman nəşrə bildirib ki, NASA-nın ünvanladığı əsas suallardan biri “Kainatda biz təkikmi?”-dir və bu suala cavab axtarışı agentliyin gördüyü hər bir elmi və tədqiqat işində öz əksini tapıb.
İsaakman onu da qeyd edib ki, o, iki dəfə kosmosa gedib və orada heç bir yadplanetli ilə qarşılaşmayıb. Əlavə edib ki, onların Yer kürəsini ziyarət etdiyinə dair heç bir sübut yoxdur.
V. Quliyev