“Attemis II” kosmik gəminin aprelin 1-də start götürəcəyi gözlənilir.
Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, bu barədə NASA-nın administrator müavini Amit Kshatriya məlumat paylaşıb.
Onu yazdığına görə, agentliyin son yarım əsrdə ilk missiyası - “Artemis II” aprelin 1-də buraxılmağa hazırdır: “Missiya aprelin 1-də yola düşəcək. Kosmik gəmi hazırdır, sistemlər hazırdır, ekipaj da hazırdır”.
Rid Vaysmanın rəhbərlik etdiyi dörd nəfərdən ibarət ekipaj 10 gün ərzində Ay ətrafında dövr vuraraq Yerə qayıdacaq. Missiyanın əsas məqsədi növbəti mərhələyə hazırlaşmaqdır.
V. Quliyev