Amerikalı 10 yaşlı məktəbli qızın ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinə (NASA) məktubu cavabsız qalmayıb. Dəftər vərəqinə yazılmış, daha sonra isə agentliyə göndərilən bu məktub adı açıqlanmayan şagirdin tərəfindən NASA mütəxəssislərinə ünvanlanıb.
Reyting.az-ın məlumatına görə, azyaşlı bildirib ki, o, Plutonun yenidən planet statusu almasını istəyir.
Məktəbli bu təklifinə ləngimədən cavab alıb.
Qeyd edək ki, şagird üç əsas arqument irəli sürüb. NASA mütəxəssislərini öz düşüncəsi, məntiqi ilə inandırmağa çalışan məktəbli qız yazıb ki, Pluton Günəş sisteminin bir hissəsidir və əvvəllər planet sayılıb, lakin o, hazırda cırtdan planet kimi qəbul edilsə də, yenidən tam planet kimi qəbul edilə bilər.
Qızın fikrincə, NASA bununla bağlı yenidən araşdırma aparıb, qərarında dəyişiklik etsə, bu, bir çox insanı sevindirəcək.
Agentliyin nümayəndəsi Cared Ayzekman "X" sosial şəbəkəsində məktəbli qıza cavab verib: "Biz artıq bu məsələ ilə məşğuluq".
Onu da qeyd edək ki, Pluton 2006-cı ildən planet statusunu itirib.

Oqtay QORÇU