Advert
Advert

Ən zəngin şəxslərin yeni siyahısında 17 milyarder var

Tarix:
 Ən zəngin şəxslərin yeni siyahısında 17 milyarder var
Reklam

Dünyada sərvəti ABŞ dolları ilə dəyərləndirilən təxminən 3 mindən bir qədər çox milyarder var. Onların arasında ilk onluğa düşənlər sərvəti 100 milyard dolları ötən sentimilyarderlərdir.

Reyting.az xəbər verir ki, ən zəngin şəxslərin siyahısına İlon Mask liderlik edir. Amerikalı iş adamının 651 milyard dollar sərvəti var. 

Milyarderlər siyahısında İlon Maskın ən güclü rəqibləri 255 milyard dollar dəyərində sərvəti olan Lerri Peyclə 237 milyard dollarlıq kapitala malik Sergey Brindir. 

Ceff Bezosun da adı ilk onluqdadır. Onun sərvəti 233 milyard dollardır. 

Zəngin şəxslər siyahısının ilk beşliyində 205 milyard dollar kapitala malik Mark Zukerberq də yer alıb. 

Daha sonrakı yerləri milyarder Lerri Ellison (194 milyard dollar) və Bernar Arno (156 milyard dollar) bölüşür. 

Bu siyahıda "Walmart" şirkətinin varisləri sayılan Cim Uolton (147 milyard dollar) ilə Rob Uolton (144 milyard dollar), həmçinin Elis Uolton da (143 milyard dollar) yer alıblar.

Digər milyarderlər - Uorren Baffet (142 milyard dollar), 132 milyard dolların sahibi Stiv Balmer, Karlos Slim (127 milyard dollar), eləcə də 123 milyardlıq sərvəti olan Amansio Orteqa və Bill Qeyts (101 milyard dollar) də adlarını bu siyahıya yazdıra biliblər.

Dünyanın ən zəngin şəxsləri hesab edilən bu milyarderlərin sərvətləri əsasən müasir texnologiya, pərakəndə satış və investisiya sektorlarından formalaşır.

Oqtay QORÇU

Reklam