Advert
Advert

Ən yaxşı helikopter donanmasına malik ölkələr - Siyahı

Tarix:
Ən yaxşı helikopter donanmasına malik ölkələr - Siyahı
Reklam

Dünyanın ən güclü helikopter donanmalarına malik ölkələrin siyahısı açıqlanıb.

Reyting.az xəbər verir ki, siyahı “Global Firepower” tərəfindən tərtib edilib.

2026-cı il üçün hazırlanan “Dünyanın ən yaxşı helikopter donanması” reytinqində birinci yeri ABŞ, ikinci yeri Rusiya, üçüncü yeri Çin, dördüncü yeri isə Cənubi Koreya tutur.

Siyahıda beşinci pillədə Hindistan qərarlaşıb. Onu Yaponiya izləyir.

Qardaş Türkiyə isə helikopter donanmasına görə dünyanın ən güclü yeddinci ölkəsi hesab olunub.

Səkkizinci yerdə Fransa, doqquzuncu yerdə qardaş Pakistan, onuncu yerdə isə dost İtaliya qərarlaşıb.

N. Orucov
 

Reklam