Asiya qitəsinin ən varlı iş adamlarının siyahısı yenilənib. Hindistanlı iş adamı Qautam Adani liderliyə yüksəlib və həmyerlisi Mukeş Ambanini geridə qoyub.
Reyting.az xəbər verir ki, milyarderin rəhbərlik etdiyi "Adani Group" şirkətinin səhmlərinin artması nəticəsində Adaninin sərvəti 92,6 milyard dollara çatıb.
"Reliance Industries" şirkətinin rəhbəri kimi tanınan Ambaninin təmiz gəlirli kapitalı təxminən 90,8 milyard dollardır.
Son zamanlar reallaşdırılan, sürətlə həyata keçirilən ticarət dövriyyəsi nəticəsində Adaniniyə məxsus olan şirkətlərin səhmləri yüksək həddə çatıb. Yeni statistik məlumatlara görə, "Adani Power" şirkətinin səhmlərində təxminən 1 faiz artım olsa da, iş adamına məxsus olan digər şirkətlər böyük qazanc əldə edib. "Adani Total Gas" şirkəti 2 faizdən çox gəlir əldə edə bilib, eyni zamanda, "Adani Green Energy" şirkəti də göstəriciləri ilə öndə olub - 0,44 faiz. "Adani Ports & Special Economic Zone" şirkətinin səhmləri isə 1,6 faiz yüksəlib.

Qautam Adani
Yerli ekspertlər bildiriblər ki, bu cür dəyişikliklər bazar şərtlərindən asılı olduğu üçün tez-tez baş verir.
Qeyd olunub ki, 2026-cı il ərzində dünyanın ən varlı 20 nəfərindən yeddisinin sərvəti azalıb. Göstəricilərə görə, burada ən böyük itki fransalı milyarder Bernar Arnoya məxsus olub ki, iş adamının kapitalında 44 milyard dollar azalma qeydə alınıb.
Oqtay Qorçu