Quruda gəzən və dünyanın ən sürətliləri sayılan vəhşi heyvanlarla bağlı 2026-cı ilin yeni infografikası təqdim olunub. Yeni məlumatlar göstərir ki, bir çox dördayaqlılar ovlarını yaxalamaq və yaxud yırtıcılardan qaçmaq üçün hətta təsəvvür edildiyindən də sürətlə qaça bilirlər.
Reyting.az xəbər verir ki, ən sürətli quru məməlisi yırtıcı leoparddır. Bu heyvan saatda 114 kilometr sürət yığsa da, adətən ov zamanı 80-100 km/saat sürətlə hərəkət edir və cəmi 3 saniyə ərzində sürətini 100 kilometrə çatdırmağı bacarır. Vəhşi pişik isə bu tempi yalnız qısa məsafədə saxlaya bilir.
Sürətli heyvanlar arasında viloroq və sprinqbok da xüsusi seçilir. Cəld, həmçinin sürətli viloroq qısa məsafələri qət etməkdə leoparddan geri qalsa da, bu vəhşi yüksək sürətini daha uzun müddət saxlaya bilir. Onun qeydə alınmış maksimum sürəti 88,5 km/saatdır. Sprinqbok adlı heyvan da buna yaxın nəticə göstərir.

"Kral" şirlər, xüsusilə dişi şirlər təxminən saatda 80 kilometr sürətlə qaça bilsələr də, bu, qısa məsafələr üçün keçərlidir. Şirlər qismən sürətli vəhşilər kateqoriyasına aid edilir. Qnu və qarna antiloplarının sürəti də təxminən şirlərdə olduğu qədərdir - 80 km/saat.
İtlər fəsiləsindən olan ingilis tazıları, eyni zamanda "Greyhound" cinsindən olan heyvanlar kimi tanınan qaçağanlar isə 67,3 km/saat sürət yığa bilirlər.
Atların sürəti ilə bağlı konkret göstərici yoxdur. Bunun səbəbi atların cinsdən asılı olmaqla, mühit və yetişdirilmə şəraitindən asılıdır. Bununla belə, 2008-ci ildə ABŞ-da keçirilən yarışda bir safqan at 70,76 km/saat sürət yığıb. Amerika kvorerthorsları cinsindən olan atlar isə 88 km/saat sürət yığmaqla rekord vurublar.
İnfoqrafika materiallarında qeyd olunur ki, müxtəlif mənbələrdə heyvanların maksimal, orta sürət göstəriciləri daha da fərqli ola bilər və buna görə də infoqrafikada bütün sürətli məməlilər əhatə olunmayıb.
Oqtay QORÇU