Advert
Advert

Ən sakit istirahət məkanları...-Siyahı 

Tarix:
Ən sakit istirahət məkanları...-Siyahı 
Reklam

2026-cı ilin yayında sakit istirahət üçün ən yaxşı məkanların adları açıqlanıb. 

Reyting.az xəbər verir ki, "Solmar Villas" şirkətinin araşdırmasına görə, ən sakit, həm də gözəl 10 məkanın 70 faizi Yunanıstanda yerləşir. 

Ən sakit məkanların siyahısında Alonissos, Skopelos və Kefaloniya kimi az tanınan adaların da adı var.

Mütəxəssislər bildiriblər ki, artıq turistlərin əksəriyyəti izdihamlı yerlərdən uzaq, sakit, daha çox təbii məkanlara üstünlük verirlər.

Ümumilikdə, ilk 20 ərazinin 60 faizdən çoxu Avropada yerləşir ki, onların da böyük hissəsi adalardır. Lefkadadakı Porto-Katsiki çimərliyinin adı isə dünyanın ən məşhur, ən sakit istirahət nöqtələrindən biri kimi qeyd olunub.

Oqtay Qorçu
 

Reklam