2026-cı ildə dünya üzrə ən böyük orduların reytinqi açıqlanıb. Yeni siyahı ümumi şəxsi heyətə, yəni aktiv hərbçilər, eyni zamanda ehtiyatdakı qüvvələr və hərbiləşdirilmiş strukturlara əsaslanır.
Reyting.az xəbər verir ki, ilk yeri ordu sayı təxminən 7 milyon nəfərə yaxın Banqladeş tutur. Bu rekord göstəricilər geniş hərbiləşdirilmiş qüvvələr hesabına formalaşıb.
Vyetnam da oxşar model tətbiq etməklə, böyük ehtiyat sistemi ilə ön sıralarda yer alıb.
Aktiv hərbçilərə görə statistikalar isə kəskin fərqlə dəyişir. Çin təxminən 2 milyon hərbçi ilə liderdir. Bu ölkəni Hindistan, Rusiya və ABŞ izləyir. Adı çəkilən ölkələrin hər birində təxminən 1 milyondan çox aktiv hərbi qulluqçu var.
Yeni hazırlanmış reytinq cədvəli göstərir ki, ümumi say mobilizasiya potensialını, aktiv ordu isə dərhal döyüş hazırlığını əks etdirir.
Şimali Koreya Respublikası da bu siyahıda yer alıb və yüksək mövqedə qərar tutub. Ümumiyyətlə, bu ölkədə islahatlar və ya köklü dəyişikliklər yoxdur, üstəlik, Şimali Koreya uzunmüddətli hərbi hazırlıq siyasəti yürüdür.
Cənubi Koreya, Tayvan kimi ölkələr isə bölgədə indiyədək davam edən mövcud təhdidlər, regional gərginlik səbəbindən hələ ki, böyük ehtiyat qüvvələr saxlamağa üstünlük verirlər.
Braziliya və Almaniya kimi hərbi cəhətdən inkişaf etmiş dövlətlər isə daha çox balanslı modelə üstünlük verirlər.
Hazırda İran ilə müharibə aparan ABŞ-ın müttəfiqi İsrail mobil və sürətli səfərbərlik imkanları ilə seçilən, eyni zamanda yüksək təşkilatlanan ehtiyat sistemi ilə fərqlənir.

Oqtay QORÇU