Advert
Advert

Ən çox ultra varlı insanın yaşadığı ölkələrin adları açıqlanıb

Tarix:
Ən çox ultra varlı insanın yaşadığı ölkələrin adları açıqlanıb
Reklam

Dünyada ultra varlı insanların ən çox yaşadığı ölkələrin yeni reytinqi açıqlanıb.

Reyting.az xəbər verir ki, "Knight Frank"ın dərc etdiyi və 2026-cı il üçün hazırlanan "Wealth Report 2026" hesabatına əsasən, ultra varlı sakinlərin sayına görə liderlik yenə ABŞ və Çinə məxsusdur. Yeni infoqrafikaya görə, qlobal ultra varlıların təxminən 55 faizi məhz bu iki ölkənin payına düşür.

Hesabatda qeyd olunur ki, ABŞ-da 250 mindən çox, Çin Xalq Respublikasında isə 122 minə yaxın ultra varlı şəxs yaşayır. Siyahıda ilk beşliyi Böyük Britaniya, Fransa və Almaniya tamamlayır.

Mütəxəssislərin fikrincə, son illərdə bu sahədə ən diqqətçəkən yüksəliş Hindistanda qeydə alınıb. Bu ölkə 2021-ci ildəki 10-cu pillədən 2026-cı ildə 6-cı yerə yüksəlib. Hazırda Hindistanda təxminən 20 min ultra varlı vətəndaşın yaşadığı bildirilir.

Rusiya isə reytinqdə 13-cü yerdə qərarlaşıb. Hesabata görə, ölkədə təxminən 8,5 min ultra varlı insan yaşayır.

Bununla yanaşı, Avropa ölkələri arasında ultra varlıların sayında ən sürətli artım Polşada müşahidə olunub. Son beş ildə burada bu kateqoriyaya daxil olan şəxslərin sayı 109 faiz artıb.

Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Vyetnam və İndoneziya da ultra varlı insanların sayının sürətlə artdığı ölkələr sırasında göstərilib.

Oqtay Qorçu
 

Reklam