2025-ci ildə qlobal ticarətdə əsas pay yenə də bir neçə böyük ixracatçı ölkənin əlində olub. Bu siyahıya daxil olan ilk 30 ölkə arasındakı fərq isə kifayət qədər böyükdür.
Reyting.az xəbər verir ki, 2026-cı ilin hesabatına görə, dünyanın ən böyük ixracatçısı Çindir. Bu ölkə - Honkonq daxil olmadan təxminən - 3,8 trilyon dollar dəyərində məhsul ixrac edib və bir çox ölkənin əsas ticarət tərəfdaşına çevrilib.
ABŞ 2,2 trilyon dollara yaxın göstərici ilə ikinci yerdədir.
Üçüncü yerdə Avropanın aparıcı ixracatçısı Almaniyadır (1,8 trilyon dollar).
Siyahıda diqqətçəkən əsas ölkələrdən biri də Niderlanddır. Niderland hətta özünün iqtisadi ölçüsünə sığmayan yüksək göstərici ilə 989,5 milyard dollarlıq ixracla 4-cü yerdədir.
Siyahıda ilk beşliyi 754 milyard dollarla Honkonq tamamlayır.
İlk onluqda yer alan, həm də digər ölkələrə nisbətən kiçik iqtisadiyyata malik Birləşmiş Ərəb Əmirliklərinin qlobal miqyasda ticarət ixracı 707 milyard dollar olub ki, bunun da yarıdan çoxunu neft məhsulları təşkil edib.
İnfoqrafika siyahısında yer alan Rusiya 419 milyard dollarlıq ixrac göstəricisi ilə 21-ci yerdə qərar tutub.

Oqtay Qorçu