Advert
Advert

Müttəfiqlər Rusiya sərhədi yaxınlığına 10 min hərbçi toplayıb

Tarix:
Müttəfiqlər Rusiya sərhədi yaxınlığına 10 min hərbçi toplayıb
Reklam

Finlandiyada Rusiya sərhədi yaxınlığında “Karelayn Qılınc” adlı genişmiqyaslı quru təlimləri başlayır. 

Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, manevrlər Kymenlaakso bölgəsində, Cənubi Kareliyada və Cənubi Savoda keçirilir.

Təlimlərdə Böyük Britaniya və ABŞ da daxil olmaqla 10 000-ə yaxın hərbçi və 1500 texnika iştirak edir. Təlimlər çərçivəsində Finlandiya və müttəfiq hava qüvvələrinin təlim uçuşları planlaşdırılıb. “Karelayn Qılınc” mayın 29-dək davam edəcək.

V. Quliyev
 

Reklam